UFC-nin yarımağır çəkidə sabiq çempionu Camaal Hill Bakıda baş tutacaq UFC turnirində Xalil Rountree ilə görüşdən əvvəl bu döyüşlə bağlı gözləntilərini bölüşüb.
Bizim.Media xəbər verir ki, "MMA Junkie" nəşri amerikalı Hillin həmyerlisi ilə döyüşdən öncə olduqca sərt açıqlamalarını təqdim edib:
“Hörmətsizlik etmək istəmirəm, amma düşünürəm ki, o mənim səviyyəmdə deyil. O, sərt zərbələr endirə bilir, heç vaxt dayanmır, təslim olmur və geri çəkilmir O, tam anlamıyla döyüşçüdür. Amma onun döyüş arsenalında elə bir şey görməmişəm ki, mənimlə eyni səviyyədə olduğunu düşünüm.
Təhlükəlidirmi? Bəli, bu döyüşdür. Döyüşdə hər kəs dəqiq zərbə endirə bilər – bu da istənilən idmançını təhlükəli edir və qarşılaşmanın axarını dəyişə bilər. Bu baxımdan o, hörmətə layiqdir.
Amma söhbət bacarıqlardan gedirsə – başa düşmürəm, Xalil ilə məni necə müqayisə etmək olar. Hazırda nə titul, nə də reytinqlər barədə düşünürəm. Bu şənbə Bakıda sadəcə Xalil Rountree ilə döyüşə çıxıb tam üstünlük əldə etmək istəyirəm".
Qeyd edək ki, yarımağır çəkidə Hill ilə Xalil Rountree arasında qarşılaşma UFC-nin Bakıda keçiriləcək turnirinin əsas döyüşü olacaq. Onların qarşılaşması iyunun 21-də "Baku Crystal Hall"da olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media