“Qarabağ” klubu daha bir legionerlə yollarını ayırmaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət hücumçu Emmanuel Addaidən gedir.
Son mövsümdə özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçu məşqçilər korpusunun etimadını qazana bilməyib. Hələ bir illik müqaviləsi qalmasına baxmayaraq “Qarabağ” ona özünə yeni klub tapmağı tövsiyyə edib. Böyük ehtimalla 23 yaşlı qanalı futbolçu klubdan ayrılacaq.
Bizim.Media