Bu gün Avropa Liqasının təsnifat mərhələsinin ilk mərhələsinin püşkü atılacaq.
Bizim.Media xəbər verir ki, “Sabah” da püşkatma zamanı rəqibini tanıyacaq.
Bu gün keçiriləcək mərasimdə 4 komandadan biri Azərbaycan kubokunun sahibi ilə qarşılaşacaq.
Bunlar "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova), "Selye" (Sloveniya) və "Spartak”dır (Trnava, Slovakiya).
İlk oyunlar iyulun 10-17-də keçiriləcək.
Bizim.Media