Vasili Berezutski ilə yollarını ayıran “Sabah”da baş məşqçi postuna axtarışlar başlayıb.
Bizim.Media xəbər verir ki, “bayquşlar”da əsas axtarışlar əcnəbilərlə bağlı olacaq. Klub indiki məqamda komandanın sükanı arxasına yerli məşqçi gətirməyi planlaşdırmır.
“Sabah” şərtlərə uyğun əcnəbi tapa bilməzsə, komandanı yeni mövsümə əvəzedici komandanın və U-19-un baş məşqçisi Adino Mustedanaqiç hazırlayacaq.
Serbiyalı mütəxəssisin rəhbərlik etdiyi U-19 və əvəzedici komanda öz çempionatlarında mövsümü qalib kimi başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Medi