“Kəpəz”dən ayırlan Yeqor Xvalko karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu hazırda “Sumqayıt”la danışıq aparır. Əgər danışıqlar müsbət yekunlaşsa, “Sumqayıt” Xvalko ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Gəncə klubunun həm də kapitanı olan Xvalko 2022-ci ildən “Kəpəz”də çıxış edirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media