Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin İngiltərədə oynamaq variantı var.
Bizim.Media xəbər verir ki, 27 yaşlı futbolçuya İngiltərənin “Hall Siti” klubu da təklif göndərib.
Amma o, bu təklifə o qədər də maraq göstərmir və Almaniyada qalmaq istəyir.
Xatırladaq ki, bundan əvvəl “Hannover” və “Kayserslautern” Emreliyə rəsmi təklif göndərmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media