Azərbaycan millisinin futbolçusu Renat Dadaşov bir neçə ölkədən təkliflər alıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu Avropada klublarının diqqətini özünə cəlb edə bilib.
Dadaşov üçün Almaniya, Belçika və İspaniyadan ciddi təkliflər var. Forvardın agentləri qısa zaman ərzində yeni bir klubla danışıqlara start verəcəklər.
Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. Klubla Renat arasında mövsümün sonuna kimi imzalanan müqavilədə onun bir il müddətinə uzadılması maddəsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media