Amerikalı UFC döyüşçüsü Xalil Rauntri (Khalil Rountree) bir neçə gündür Bakıdadır.
Bizim.Media xəbər verir ki, 35 yaşlı idmançı Azərbaycan paytaxtında təşkil olunacaq UFC Fight Night yarışında iştirak edəcək.
O, ilk döyüşünü iyunun 21-də Camal Hillə qarşı keçirəcək.
Khalil Rountree Bakıda yarışa hazırlaşmaqla yanaşı paytaxt küçələrini gəzməyə də vaxt tapır.
Maraqlıdır ki, Khalil Rountree gəzintilərdən birində “Qarabağ” komandasının formasını geyinib.
Onun başında isə Azərbaycanın milli papaq növü Buxara papaq da olub.
İdmançı bununla bağlı sosial media hesabında paylaşım edib.
Bizim.Media