“Zirə” futboçusu Hacıağa Hacılıyla müqavilə müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə 2 illik yeni müqavilə bağlanılıb.
Qeyd edək ki, Hacıağa Hacılı 2020-ci ildən paytaxt təmsilçisinin formasını geyinir.
Xatırladaq ki, “Zirə” bunadək Ruan Renato və Anar Nəzirovla da müqaviləni uzadıb.
Bizim.Media