Castin Timberleyk Bakını "fəth etdi": Olimpiya stadionunda anşlaq, superhitlər – VİDEO

27 iyulda Bakının Olimpiya Stadionu möhtəşəm bir musiqi bayramına çevrildi. Dünya ulduzu Castin Timberleyk qlobal “Forget Tomorrow” turu çərçivəsində ilk dəfə Azərbaycanda solo konsertlə çıxış etdi.

Bizim.Media xəbər verir ki, səhnəyə minlərlə tamaşaçının coşqusu ilə çıxan Timberleyk axşamı onun karyerasının ən simvolik və sevilən mahnılarından olan “Mirrors” ilə açdı.

Ardınca “Cry Me a River” səsləndi və stadion bu mahnını müğənni ilə birlikdə sözbəsöz oxudu. Konsert boyunca həm köhnə, klassik hitlər, həm də yeni albomu “Everything I Thought It Was”-dan mahnılar səsləndirildi. Xüsusilə, “Selfish” adlı lirik ballada  (Castinin altı ildən sonra ilk solo çıxışı) tamaşaçılar tərəfindən xüsusi diqqətlə qarşılandı.
 

Şounun ilk dəqiqələrindən Timberleyk tamaşaçının diqqətini tam ələ aldı. Onun xarizması, səhnə enerjisi və vokal, rəqs, canlı ünsiyyəti birləşdirmək bacarığı hər anı möhtəşəm tamaşaya çevirdi. Tamaşaçılar sonadək həyəcan və coşqu içində qaldı.


Timberleyk hər an konsertin canlı sehrini yaşadırdı. Ancaq bu gecəni xüsusi edən təkcə musiqi deyildi.

Konsert zamanı Timberleyk tamaşaçılarla aktiv ünsiyyətdə idi. Ən emosional anlardan biri –o zaman yaşandı ki, Timberleyk cütlüyün uşaq cinsini açıqlamasına kömək etdi. Cütlük bir plakatla səhnəyə yaxınlaşmışdı. Timberleyk zərfi açaraq səhnədən elan etdi: “Sizin oğlunuz olacaq!”.

Bundan başqa, bir fanat əlində “Mənə ərə getməyə kömək et” yazılmış plakat tutmuşdu. Plakatda telefon nömrəsi də  yazılmışdı. Bu həm Timberleyki, həm də bütün zalı güldürdü.
 

Səhnədən etdiyi çıxışda Timberleyk dedi: “Siz möhtəşəmsiniz! Mən Bakıda və Azərbaycanda ilk dəfə oluram. Bu inanılmazdır. Ümid edirəm ki, bu gecəni heç vaxt unutmayacaqsınız!”.


Konsert təkcə fanatlar üçün unudulmaz bir gecə deyil, həm də ölkə üçün mühüm mədəni hadisə oldu. Bu cür irimiqyaslı tədbir Azərbaycanda konsert sənayesinin inkişafına və ölkənin beynəlxalq imicinə töhfədir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?

İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?

Bu şəxslər də güzəştli şərtlərlə əmək pensiyası alacaq – QƏRAR

Bu şəxslər də güzəştli şərtlərlə əmək pensiyası alacaq – QƏRAR

Gəncədə acınacaqlı mənzərə: Dağılan yollar, quruyan ağaclar – VİDEO

Gəncədə acınacaqlı mənzərə: Dağılan yollar, quruyan ağaclar – VİDEO

Sumqayıtda paltar asan gənc qız binadan yıxıldı

Sumqayıtda paltar asan gənc qız binadan yıxıldı

Tramp: “Mən olmasaydım, hazırda dünyada altı böyük müharibə gedirdi” – VİDEO

Tramp: “Mən olmasaydım, hazırda dünyada altı böyük müharibə gedirdi” – VİDEO

Emin Olcaydan Kurtlar Vadisi üsyanı: “Necati Şaşmazdan çətinliklə xilas oldum” – VİDEO

Emin Olcaydan Kurtlar Vadisi üsyanı: “Necati Şaşmazdan çətinliklə xilas oldum” – VİDEO

Hövsanda obyekt qalmaqalı - Qanuni tikintinin qarşısını almaq istəyənlər kimlərdir? - VİDEO

Hövsanda obyekt qalmaqalı - Qanuni tikintinin qarşısını almaq istəyənlər kimlərdir? - VİDEO

Sako “Neftçi” ilə bağlı qərarını VERDİ

Sako “Neftçi” ilə bağlı qərarını VERDİ

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

“Bu gün mənim üçün tarixdir” – Ballıcaya köçən Cəmşid Qəhrəmanov

“Bu gün mənim üçün tarixdir” – Ballıcaya köçən Cəmşid Qəhrəmanov

Çindən qatarla yük daşımaları 2 dəfə ARTDI

Çindən qatarla yük daşımaları 2 dəfə ARTDI

Sürücülərin NƏZƏRİNƏ: İyulun 29-da saat 08:00-dan...

Sürücülərin NƏZƏRİNƏ: İyulun 29-da saat 08:00-dan...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

“4 mövsüm Qrız” - “Alternativ” İB yeni layihəyə start verdi – FOTO

“4 mövsüm Qrız” - “Alternativ” İB yeni layihəyə start verdi – FOTO

Kurban Berdıyev bu futbolçunu “Turan Tovuz”a GƏTİRMƏK İSTƏYİR

Kurban Berdıyev bu futbolçunu “Turan Tovuz”a GƏTİRMƏK İSTƏYİR

100 ilin ən yüksək temperaturu qeydə alınıb

100 ilin ən yüksək temperaturu qeydə alınıb

Xalq artistinin qızı buna görə Rüfətlə, Nicatı danışdırmır

Xalq artistinin qızı buna görə Rüfətlə, Nicatı danışdırmır

Baş nazirdən dərmanlarla bağlı QƏRAR

Baş nazirdən dərmanlarla bağlı QƏRAR

“Musiqinin səsini azalt” dediyinə görə öldürüldü – Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI

“Musiqinin səsini azalt” dediyinə görə öldürüldü – Tovuzdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Naxçıvanda polis əməkdaşı vəfat etdi

Naxçıvanda polis əməkdaşı vəfat etdi

Dəriniz səpirsə, bunları edin

Dəriniz səpirsə, bunları edin

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA - ÖZƏL

Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA - ÖZƏL

Müstəntiq haqda Baş Prokurorluğa qərar göndərildi

Müstəntiq haqda Baş Prokurorluğa qərar göndərildi

End of content

No more pages to load

RADİO