Daxili İşlər Nazirliyi motosiklet, moped, skuter, veleosiped idarə edən şəxslərlə profilaktik işi davam etdirir.
Bizim.Media nazirliyin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb. Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb.
Bildirilib ki, motosiklet, moped, skuter, veleosiped idarə edən şəxslərlə yollarda diqqətli olmalıdır:
“Bu cür nəqliyyat vasitələrini idarə edən bəzi sürücülərin ciddiyə almadığı, bəzən yollarda onların irəli düşmək, bəzən də bilərəkdən qaydaları pozmaq istəyi, sadəcə qəza statistikası deyil, kimlərinsə valideynsiz və övladsız qalması ilə nəticələnən faciələrə səbəb olur. Bu faciələrin yaşanmaması üçün isə silsilə tədbirlərin davamı olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsi birgə ikitəkərli nəqliyyat sürücülərinə qaydalar izah olunub, onlarla maarifləndirci söhbətlər aparılıb”.
Bizim.Media