İran hökuməti İsrail üzərində “qələbə bayramı” elan edib.
Bizim.Media xəbər verir ki, minlərlə insan Tehranın və İranın digər şəhərlərinin küçələrinə çıxaraq İsrail və ABŞ ilə münaqişədə “qələbə”ni qeyd edib.
Tədbirlərdən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası “İslam Respublikasının İsrail üzərində qələbəsi” barədə məlumat yayıb. Bəyanatda qeyd olunub ki, “İsrail hücuma görə peşiman olub, məğlubiyyətini qəbul edib”.
Xatırladaq ki, İsrail tərəfi isə bildirib ki, İsrail Müdafiə Qüvvələri İrana qarşı hərbi əməliyyatın bütün hədəflərinə çatıb.
Bizim.Media