ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, veriliş zamanı "Ovçu Pirim" kimi məşhurlaşan aktyor Allahverdi Yolçuyevin nəvəsi işlə təmin edilib.
Aktyor nəvələrinin ali təhsilsiz olduğundan iş tapa bilməməsindən şikayətlənib. O qeyd edib ki, onlardan birinin yaxşı kompüter bacarıqları var.
Bundan sonra aparıcı Zaur Nəbioğlu onu "Rəngarəng" verilişində işlə təmin edəcəyini bildirib. (Baku.ws)
Bizim.Media