İyunun 25 -də Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində “Davamlı gələcəyin formalaşdırılması: Türkiyənin iqlimlə bağlı fəaliyyət şəbəkəsi” adlı tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bütün iştirakçıları COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dəstək olmağa çağırıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib
O bildirib ki, Türkiyə enerji sahəsində xarici asılılığı azaltmaqla yanaşı ekoloji cəhətdən təmiz siyasətlərə də diqqət yetirən vahid strategiya ilə hərəkət edir.
Daha sonra Türkiyənin COP31-ə dair video-təqdimatı nümayiş olunub.
Sonda Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi departament rəhbəri Aysin Tutpancı COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dair təqdimatla çıxış edib.
Bizim.Media