İran və Ermənistan arasında yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Ərakçi açıqlama verib.
Onun sözlərinə görə, sabah Ermənistanın xarici işlər naziri ona zəng edəcək:
“Ermənistanın Baş naziri Nikol Paşinyan da telefonla əlaqə saxlayacaq. Həmçinin, çərşənbə axşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana səfəri planlaşdırılır.
Biz tərəflərlə daim məsləhətləşmə prosesindəyik”.
Ərakçi qeyd edib ki, bu təmaslar Ermənistan-İran münasibətlərinin hazırkı mərhələdə intensiv şəkildə davam etdiyini və qarşılıqlı koordinasiyanın yüksək səviyyədə aparıldığını göstərir.
Onun sözlərinə görə, tərəflər regional məsələlər, o cümlədən təhlükəsizlik, iqtisadi əməkdaşlıq və sərhəd bölgələrində baş verən proseslərlə bağlı fikir mübadiləsi aparırlar.
Bizim.Media