Almaniya kansleri Olaf Mers ABŞ və Rusiya liderlərinə müraciət edərək, Ukrayna əraziləri ilə bağlı məsələlərin Avropa və Ukraynanın iradəsi nəzərə alınmadan, onların “başları üzərindən” müzakirə olunmasının və xüsusilə qərarlaşdırılmasının qəbuledilməz olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Biz heç bir halda avropalıların, ukraynalıların başı üzərindən, Rusiya və Amerika arasında ərazilərlə bağlı məsələlərin müzakirə olunmasını, üstəlik həll edilməsini qəbul edə bilmərik.
Mən güman edirəm ki, ABŞ hökuməti də bu məsələyə eyni prizmadan baxır”, – deyə kansler vurğulayıb.
Mers hesab edir ki, “Rusiyanın aqressiv irəliləyişini mükafatlandıran və onu yeni hücumlara ruhlandıra biləcək bir sülh variantı ola bilməz”.
Eyni zamanda, o qeyd edib ki, “cümə günü Alyaskada baş verəcək hadisələr nəticəsiz qalmamalıdır”.
“Bunun nəticələri olmalıdır – ya Rusiyaya təzyiqin artırılması istiqamətində, ya da Rusiya anlamalıdır ki, bu müharibəni davam etdirmək olmaz”, – deyə Almaniya kansleri əlavə edib.
Bizim.Media