Alyaskada keçiriləcək görüş zamanı ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə müəyyən bir “yoxlama” tətbiq edəcək.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, bu tədbir zamanı tərəflər arasında sülh sazişi imzalanması gözlənilmir.
Rutte bildirib ki, Alyaska görüşü əsasən diplomatik dialoqun yoxlanılması, tərəflərin mövqelərinin müəyyənləşdirilməsi və danışıqlar üçün real zəminin olub-olmamasını anlamaq məqsədi daşıyır.
Baş katibin vurğuladığına görə, bu mərhələ daha çox prosesin istiqamətini müəyyən edəcək, amma yekun nəticə verməyəcək.
O əlavə edib ki, NATO münaqişənin ədalətli və davamlı həllinə tərəfdardır, lakin bunun üçün yalnız bir görüş kifayət etməyəcək, ardıcıl və ciddi diplomatik səylər tələb olunur.
Bizim.Media