Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Bütün əlaqədar qurumlarımız hərəkətə keçib və lazımı addımlar atırlar. Biz də işləri yaxından izləyirik.
Balıkəsirdə baş verən və ətraf ərazilərdə də hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram”.
İlkin məlumata görə, baş verən zəlzələdə 10 bina dağılıb. Bəzi bölgələrlə əlaqə kəsilib.
Bizim.Media