ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb.
Bizim.Media xəbər verir ki,bu barədə “Deutsche Welle” yazıb.
“ABŞ-da Ermənistan və Azərbaycan arasında imzalanmış çərçivə sazişi məhz Rusiyanın Cənubi Qafqaz üzərində I Aleksandr və I Nikolay dövrlərinə gedib çıxan xüsusi təsirinin sonunu ifadə edir.
Bakı və İrəvan əsas razılaşma parametrlərini Moskvanın iştirakı olmadan, amma ABŞ administrasiyasının fəal vasitəçiliyi və Türkiyənin dəstəyi ilə razılaşdırıblar.
Beş-yeddi il əvvəl belə bir şey təsəvvür etmək mümkün deyildi.
Qeyd olunur ki, hətta Ukraynaya qarşı müharibənin tam dayandırılacağı halda belə, Moskva Cənubi Qafqazdakı əvvəlki mövqelərini geri qaytara bilməyəcək.
Ötən həftəki hadisələrdən sonra Ankaranın və müəyyən qədər Vaşinqtonun Cənubi Qafqaz regionunda əsas geosiyasi oyunçulara çevrilməsi artıq faktdır.
Gələcəkdə bu regiona fəal təsir edəcək tərəflər məhz onlar olacaq, Rusiya prezidenti Vladimir Putin isə yox,” – deyə nəşr qeyd edib.
Bizim.Media