"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində texniki qrupların nümayəndələri Ukrayna münaqişəsinin həlli üçün ərazilərin mübadiləsi imkanlarını müzakirə edirlər".
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker CNN telekanalına müsahibəsində bildirib.
Uitaker əlavə edib ki, münaqişənin həlli üçün hər iki tərəf müharibəni dayandırmağa razı olmalıdır.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqton həm Kiyevin Moskvaya ərazi güzəştlərini, həm də Rusiyanın işğal etdiyi regionların bir hissəsini Ukraynaya geri qaytarmasını təklif edir.
Bizim.Media