“Qəzza sektoruna yeni hücum planını kifayət qədər tez bitirəcəyimi düşünürəm. Müharibəni uzatmaq istəmirəm, onu sona çatdırmaq istəyirəm”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.
O, əlavə edib ki, quru əməliyyatı müharibəni başa çatdırmağın “ən yaxşı yolu”dur.
Hökumət başçısının sözlərinə görə, İsrail Qəzzaya təxminən 2 milyon ton humanitar yardım buraxıb.
“Mən başqa hansı ordunun düşmən ərazisindəki mülki əhaliyə bu qədər yardım keçirməsinə icazə verdiyini bilmirəm.
Əgər bizim aclıq siyasətimiz olsaydı, iki illik müharibədən sonra Qəzzada heç kim sağ qalmazdı.
Amma bizim siyasətimiz tamamilə əksinə olub,” - deyə Netanyahu yekunlaşdırıb.
Bizim.Media