Avqustun 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, toplantıda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla baş tutan tarixi görüşdə əldə olunan razılaşmalar müzakirə ediləcək.
Həmçinin sülh prosesinə doğru atıla biləcək növbəti addımlar da gündəmdə olacaq.
İclasda, eyni zamanda, Qəzza zolağı başda olmaqla, Yaxın Şərqdəki son vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.
Nazirlər Kabinetinin gündəliyinə terrorizm və meşə yanğınları ilə mübarizə məsələləri də daxil edilib.
Bizim.Media