ABŞ-da qəribə hadisə baş verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 60 yaşlı amerikalı kişi ChatGPT-nin məsləhətini dinlədikdən sonra psixiatriya xəstəxanasına yerləşdirilib.
Belə ki, vegetarian pəhriz saxlayan və duzdan imtina etmək qərarına gələn amerikalı kişi onu nə ilə əvəz edə biləcəyi ilə bağlı chatbotdan məsləhət istəyib.
ChatGPT yeməkdə istifadə olunmayan, baytarlıqda, hovuz təmizləyicilərində və pestisidlərdə istifadə olunan natrium bromidi təklif edib. Beləliklə, o, üç ay ərzində duzu tamamilə bu maddə ilə əvəz edib, bu da halüsinasiyalar, paranoyya və psixomotor həyəcana səbəb olub.
Üç aylıq belə pəhrizdən sonra kişi isə xəstəxanaya müraciət edərək qonşusunun onu zəhərləməyə çalışdığını bildirib. Həkimlər ona 19-cu əsrdə rast gəlinən, lakin bu gün demək olar ki, nadir xəstəlik olan bromizm diaqnozu qoyublar.
Xəstəxanaya yerləşdirildikdən sonra oradan qaçmağa çalışdığı üçün onu psixiatriya şöbəsinə köçürüblər. Kişi bir neçə həftə müalicə olunub və sağalıb.
Həkimlər müəyyən ediblər ki, qanda bromidlərin konsentrasiyası normada 0,9-7 mq qanda 1700 mq həddən artıq çox olub.
Daha yaxşı hiss etdikdən sonra kişi paranoyya, halüsinasiyalar və dəri problemləri olduğunu bildirib.
Daha sonra isə həkimlər kişinin ChatGPT-dən məsləhət almasından şüphələniblər və sözügedən sualı ünvanladıqda onlara həqiqətən də natrium bromid təklif edilib. Bununla belə, chatbot düzgün məsləhət vermək üçün ona daha çox məlumat və kontekst lazım olduğunu qeyd edib.
Bizim.Media