Kosmik anomaliya: Əks istiqamətdə hərəkət edən planet tapıldı

Alimlər planetar sistemlərin anlaşılmasında mühüm irəliləyiş əldə edərək, "Nu Oktantis” adlı ulduz sistemində öz ulduzlarının fırlanma istiqamətinin əksinə hərəkət edən unikal planet kəşf ediblər. Bu kəşf, planetlərin yaranması ilə bağlı klassik nəzəriyyələrə ciddi şəkildə meydan oxuyur və astronomiya dərsliklərini yenidən yazmağa səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, "Nature” jurnalında dərc olunan araşdırma, bu planetin retroradial orbitdə – yəni sistemin "axınına qarşı" hərəkət etdiyini təsdiqləyib. Kəşf Avropa Cənub Rəsədxanasının HARPS spektroqrafı ilə aparılan dəqiq müşahidələr sayəsində mümkün olub. Tədqiqata Honqkonq Universitetindən professor Man Hoy Li rəhbərlik edib.

"Nu Oktantis” sistemi iki ulduzdan ibarətdir:

Günəşdən daha kütləvi olan "Nu Okt A” subqiqantı və hal-hazırda ağ cırtdan olan "Nu Okt B”. Ulduz cütlüyünün orbit dövrü 1050 gündür. Məhz bu 2,9 milyard illik sistemdə alimlər ulduzların fırlanma istiqamətinə zidd hərəkət edən planetin mövcudluğunu təsdiqləyiblər.

Tədqiqatın həmmüəllifi Xo Van Çenin sözlərinə görə:

"Biz planetin orbitinin təkcə retroradial olmadığını, həm də ulduzların fırlanma müstəvisi ilə demək olar ki, eyni düzülüşdə olduğunu müəyyən etdik ki, bu da son dərəcə nadir hadisədir".

Retroradial orbit fenomeni astronomlar arasında təəccüb doğurur, çünki əksər planetlər ulduzlarla eyni istiqamətdə, eyni qaz və toz buludundan yaranır.
 

"Nu Oktantis” halında alimlər ehtimal edir ki, planet "Nu Okt B” ulduzu ağ cırtdana çevriləndə atılan materialdan yaranmış ola bilər. Digər bir versiyaya görə isə bu planet əvvəlcədən mövcud olub və sonradan sistem tərəfindən "tutularaq” əks orbitə yönləndirilib.


Tədqiqatın həmmüəllifi, doktor Trifon Trifonov bunu "ikinci nəsil planet” nümunəsi kimi qiymətləndirir. Belə ki, bu tip planetlər sistemin ilkin yaranması zamanı deyil, ulduzların təkamülü nəticəsində daha sonra formalaşa bilər.(qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Restoranda jurnalistə hücum edən xanım işçi cərimələndi

Restoranda jurnalistə hücum edən xanım işçi cərimələndi

YENİ REKORD: Ukrayna PUA-ları Komi Respublikasına zərbə endirdi - VİDEO

YENİ REKORD: Ukrayna PUA-ları Komi Respublikasına zərbə endirdi - VİDEO

Göyçə mahalında zəlzələ oldu

Göyçə mahalında zəlzələ oldu

Yanğın Ağdamda söndürüldü, Xocavənddə davam edir

Yanğın Ağdamda söndürüldü, Xocavənddə davam edir

Rayonlardan Bakıya axın BAŞLADI - Paytaxtdakı sıxlığın səbəbi BƏLLİ OLDU

Rayonlardan Bakıya axın BAŞLADI - Paytaxtdakı sıxlığın səbəbi BƏLLİ OLDU

Pezeşkian: “Hicab məsələsi zorla həll oluna bilməz” - VİDEO

Pezeşkian: “Hicab məsələsi zorla həll oluna bilməz” - VİDEO

Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

İlham Əliyev Şahbaz Şərifə ZƏNG ETDİ

İlham Əliyev Şahbaz Şərifə ZƏNG ETDİ

Kreml Xerson və Zaporojye vilayətlərində işğal etdiyi əraziləri qaytarmaq istəmir

Kreml Xerson və Zaporojye vilayətlərində işğal etdiyi əraziləri qaytarmaq istəmir

Namiq Qaraçuxurlu bağını göstərdi - VİDEO

Namiq Qaraçuxurlu bağını göstərdi - VİDEO

DİN vətəndaşları Qarabağı təmiz saxlamağa çağırdı - FOTO/VİDEO

DİN vətəndaşları Qarabağı təmiz saxlamağa çağırdı - FOTO/VİDEO

Sabah paraflanmış sülh sazişinin mətni dərc ediləcək - Mirzoyan

Sabah paraflanmış sülh sazişinin mətni dərc ediləcək - Mirzoyan

Boşandı, yalnız pivə içdi və...

Boşandı, yalnız pivə içdi və...

İlham Əliyev həm müharibədə, həm də danışıqlar masasında qalib gəlib - “Hürriyet” qəzeti

İlham Əliyev həm müharibədə, həm də danışıqlar masasında qalib gəlib - “Hürriyet” qəzeti

İsveçli hücumçu “Arsenal”da ilk qolunu vurdu - VİDEO

İsveçli hücumçu “Arsenal”da ilk qolunu vurdu - VİDEO

LİDERLƏR Rusiyanın bu əməlini pislədi

LİDERLƏR Rusiyanın bu əməlini pislədi

Ukrayna Rusiyanın növbəti neft emalı zavoduna zərbə endirdi -FOTO

Ukrayna Rusiyanın növbəti neft emalı zavoduna zərbə endirdi -FOTO

Tokayev İlham Əliyevə zəng etdi

Tokayev İlham Əliyevə zəng etdi

“Beşiktaş” futbolçusuna 10 milyon qiymət qoydu

“Beşiktaş” futbolçusuna 10 milyon qiymət qoydu

Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO

Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO

2 gündən sonra gözünüz göydə olsun – FOTO

2 gündən sonra gözünüz göydə olsun – FOTO

Ukraynada çimərlikdə dəhşətli PARTLAYIŞ: Ölənlər var – VİDEO

Ukraynada çimərlikdə dəhşətli PARTLAYIŞ: Ölənlər var – VİDEO

End of content

No more pages to load

RADİO