Rusiyanın Sterlitamak şəhərində yerləşən “Başkir Soda Company” müəssisəsində partlayış baş verib.
Bizim.Media “Shot” teleqram kanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 36 işçi xəsarət alıb.
Onlardan 9 nəfərin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər.
İlkin versiyaya görə, partlayış təmir işləri zamanı boru kəmərinin hermetikliyinin pozulması səbəbindən baş verib.
Şahidlərin sözlərinə görə, hadisədən sonra zavod üzərində ağ bulud yaranıb və şəhərə doğru hərəkət edib. Yerli hakimiyyət orqanları buludun əhaliyə təhlükə yaratmadığını bildirir.
Faktla bağlı təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi üzrə cinayət işi başlanıb.
Qeyd edək ki, 2023-cü ildə də eyni zavodda partlayış olmuş, iki işçi xəsarət almışdı.
O zaman qəza əsaslı təmir aparılan sexdə vinilxlorid partlayışı nəticəsində baş vermişdi.
Bizim.Media