Türk televiziya ekranlarının tanınmış simalarından olan Didem Erol 49 yaşında ikinci dəfə ana olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sosial şəbəkədə ailə fotosunu paylaşım edib.
Qeyd edək ki, Türkiyədə aktyorluq karyerasına başlayan və bir çox serial və film layihəsində yer alan Erol, illər əvvəl Amerika Birləşmiş Ştatlarına köçmüşdü. Adını Serah Henesey olaraq dəyişdirən aktrisa sənətini buraxaraq, tamamilə fərqli bir həyat qurub.
“Emret Komutanım”, “Omuz Omuza”, “Arka Sokaklar” və “Avrupa Yakası” kimi məşhur layihələrdə rol alan Didem Erol uzun müddətdir mediadan uzaq bir həyat yaşayırdı.
2017-ci ildə Los Ancelesdə televiziya aparıcılığına başlayan Serah Henesey, 2020-ci ildə musiqi prodüseri və eyni zamanda tikinti sahəsində fəaliyyət göstərən Nathan Cowles ilə ailə həyatı qurub.
2023-cü ildə 47 yaşında ikən ilk övladı Ava Rose adlı qızını dünyaya gətirən Serah Henesey (Didem Erol), indi isə 49 yaşında ikinci dəfə ana olduğunu açıqlayıb.
O, bu sevincli xəbəri sosial mediada paylaşdığı ailə fotosu ilə izləyicilərinə çatdırıb.
Elcan Bəşirli, Bizim.Media