İsfahanın İbn Sina küçəsində yerləşən “İmam Qapısı” ziyarətgahındakı daş aslan altından keçən qadınlar inanırlar ki, bu ritual onları tezliklə hamilə qalmağa və problemlərdən xilas olmağa kömək edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bu inanc İranda o qədər yayılıb ki, ziyarətgah rəhbərliyi daş heykəli qorumaq üçün onun ətrafına şüşədən təbəqə quraşdırmağa məcbur olub.
Müasir elmin inkişaf etdiyi dövrdə belə, İranda bəzi insanlar mövhumata və xurafata inanaraq, arzu etdikləri nəticələri qeyri-adi üsullarla əldə etməyə çalışırlar.
Bizim.Media