“Bu gün prezident Putinlə çox yaxşı danışıqlarımız oldu”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
O, xüsusi nümayəndəsi Stiv Uitkoffun Vladimir Putinlə görüşü ilə bağlı fikirlərini bölüşüb.
Tramp qeyd edib ki, hazırda Putinlə Zelenski arasında görüşün baş tutması şansı böyükdür.
Qeyd edək ki, dünən Stiv Uitkoffun Vladimir Putin arasında 3 saat davam edən görüş baş tutub.
Bizim.Media