Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bir neçə yeni əməliyyatını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə özünün teleqram kanalında məlumat verib.
Belə ki, Zelenski SBU-nun rəhbəri Vasil Malyukla Rusiyaya qarşı aparılan əməliyyatları müzakirə edib.
"Dəqiqliyə görə minnətdaram. Biz təfərrüatları açıqlamırıq, lakin Rusiya bizim hərəkətlərimizin nəticələrini hiss edir", - Zelenski qeyd edib.
Prezident vurğulayıb ki, SBU-nun 2025-ci ilin birinci yarısında Rusiya hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi üzrə işinin nəticələri xüsusilə vacibdir.
"Bu, bizim Rusiya hərbi maşınına və Rusiya hərbi iqtisadiyyatına qarşı uzaqmənzilli zərbələrimizə əhəmiyyətli dərəcədə kömək edir. Mən bəzi əməliyyatlar barədə razılığa gəldim. Gücünə görə SBU-ya təşəkkür edirəm", - o əlavə edib.
Bizim.Media