Türkiyənin məşhur müğənnisi Selami Şahin xəstəxanalıq olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yay tətilini keçirdiyi İzmirin Çeşmə rayonunda müvazinətini itirərək yerə yıxılıb.
Sağ qolundan xəsarət alan 77 yaşlı sənətçi təcili olaraq xəstəxanaya çatdırılıb. Hazırda onun səhhətinin yaxşı olduğu bildirilib.
Bizim.Media