Argentina Prezidenti Xavyer Miley rəqiblərini təhqir etməyi dayandıracağına söz verib.
Xavyer Miyey bildirib ki, tənqidçilərinin şəxsi təhqirlərə keçmədən ideyaları müzakirə etməyə qadir olub-olmadığını yoxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, bu açıqlama "La Nacion" qəzetində dərc olunan məqalədən sonra verilib. Həmin məqalədə Milyenin cəmi 100 gün ərzində 611 təhqir səsləndirdiyi qeyd olunub.
O, daha əvvəl siyasi rəqiblərini “zehni parazitlər” adlandırmışdı.
Eyni zamanda, Miley özünü XIX əsrin sərt üslublu islahatçısı olan Sarmiento ilə müqayisə edib.
Bizim.Media