Rusiya Ukrayna ilə müharibədə artıq bir milyondan çox insan itirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Britaniya kəşfiyyatı yayıb.
Bildirilib ki, 2025-ci ilin əvvəlindən etibarən təxminən 260 min nəfərin həlak olduğu qeydə alınıb. Ümumi itkilər artıq SSRİ-nin Finlandiya ilə müharibəsi zamanı qeydə alınan göstəriciləri keçib.
Qeyd olunur ki, iyul ayında itkilərdə cüzi azalma müşahidə olunsa da, cəbhə xətti boyunca hücumların intensivliyi hələ də yüksək olaraq qalır.
Bizim.Media