İranın sabiq kəşfiyyat naziri (ETTELAAT) Əli Yunusinin oğlu Həsən Yunusi İsraili dəstəkləməkdə ittiham olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” adlı Telegram kanalı məlumat yayıb.
Vəkil və siyasi fəal olan Həsən Yunusi “X” sosial şəbəkəsində bildirib ki, Tehran prokurorluğunun göstərişi ilə onun barəsində məhkəmə nəzarəti tətbiq olunub və sosial şəbəkələrdə fəaliyyətinə 3 aylıq qadağa qoyulub.
“Ortaya çıxıb ki, mənə qarşı təbliğat və yalan məlumat yaymaqla yanaşı, “İsraili dəstəkləmək” kimi ittiham da irəli sürülüb”, – deyə Yunusi əlavə edib.
Qeyd edək ki, onun atası Əli Yunusi 2000–2005-ci illərdə, islahatçı prezident Məhəmməd Xatəminin dövründə İranın kəşfiyyat nazirliyinə rəhbərlik edib.
Bizim.Media