İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində HƏMAS döyüşçülərinə məxsus təxminən 2 kilometr uzunluğunda böyük bir tunelin məhv edildiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə avqustun 5-də İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, “Kfir” briqadasının döyüşçüləri əməliyyat zamanı bir binada silah anbarı aşkarlayıb. Həmin anbarda minaatan mərmiləri, qumbaralar, əl işi partlayıcı qurğular və digər silah növləri tapılıb.
Əməliyyatın əlavə mərhələsində tank bölmələri, mühəndis qoşunları və elit “YAXALOM” xüsusi təyinatlı dəstəsi iştirak edib. Bu mərhələ çərçivəsində Xan-Yunisin cənubunda yerləşən yeraltı tunel aşkarlanaraq tamamilə məhv edilib.
Bizim.Media