ABŞ prezidenti Donald Tramp Ağ Evin brifinq zalının damına çıxaraq kompleks ərazisində raketlərin, o cümlədən nüvə başlıqlı raketlərin yerləşdirilməsi üçün yer axtardığını zarafatla bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dövlət başçısı çərşənbə axşamı Vaşinqtondakı iqamətgahında gedən tikinti işləri ilə tanış olub.
Tramp təhlükəsizlik və köməkçilərinin müşayiəti ilə damda təxminən 20 dəqiqə keçirib. Bu zaman o, jurnalistlərin bir neçə sualını da cavablandırıb.
ABŞ prezidentinin administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Tramp damdan Ağ Evin yeni nəzərdə tutulmuş ziyafət zalının tikiləcəyi yeri gözdən keçirib. 200 milyon dollar dəyərində bu layihənin planları keçən həftə rəsmi şəkildə elan edilib. Bir neçə gün öncə Ağ Evin Qızılgül bağında aparılan abadlıq işləri yekunlaşıb. Orada gül klumbaları arasında döşəmə plitələri ilə sahə salınıb.
Bizim.Media