Rumıniya hökuməti sabiq prezident İon İlieskunun vəfat etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Romania Insider məlumat yayıb.
“Hökumət dərin təəssüf hissi ilə bildirir ki, Rumıniyanın sabiq prezidenti İon İliesku vəfat edib”, – deyə hökumətin rəsmi saytında yayımlanan məlumatda qeyd olunur.
Bildirilib ki, sabiq prezident 2025-ci il avqustun 5-də professor Aqrippa İonesku adına Təcili Tibbi Yardım Klinik Xəstəxanasında dünyasını dəyişib.
Hökumət mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Bizim.Media