Belarus prezidenti Aleksandr Lukaşenkonun ortancıl oğlu Dmitri Lukaşenkonun rəhbərlik etdiyi Prezident İdman Klubu (PİK) ölkədə mobil cihazların unikal identifikasiya kodlarının (IMEI) qeydiyyatı sistemini tətbiq etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Belarusda sabiq hüquq-mühafizə orqanı əməkdaşlarının yaratdığı BELPOL birliyi yayıb.
BELPOL-un məlumatına görə, əgər PİK ölkədəki bütün mobil cihazların qeydiyyatı üzrə eksklüziv hüquq əldə edərsə, bu, həm sabit gəlir gətirən, həm də ölkədəki bütün mobil cihazlar üzərində tam rəqəmsal nəzarəti təmin edən yeni və idarə olunan bir bazar yaradacaq. (Musavat.com)
Bizim.Media