ABŞ Prezidenti Donald Tramp hesab edir ki, dünya bazarında neftin qiymətinin hər barel üçün 10 dollar aşağı düşməsi Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı döyüş əməliyyatlarını dayandırmağa məcbur edə bilər.
Bizim.Media xəbər verir ki, o, bunu CNBC News telekanalına müsahibəsində deyib.
“Əgər neftin qiyməti daha 10 dollar ucuzlaşsa, onun [Rusiya Prezidenti Vladimir Putinin] başqa çıxış yolu qalmayacaq. Onsuz da ölkə iqtisadiyyatı ağır vəziyyətdədir”, – deyə Tramp bildirib.
ABŞ lideri, həmçinin yaxın 24 saat ərzində Rusiya neftini alan Hindistana qarşı idxal rüsumlarını ciddi şəkildə artırmaq niyyətində olduğunu açıqlayıb.
“Biz 25 faizlə dayanmışdıq, amma düşünürəm ki, növbəti sutka ərzində bu rüsumları əhəmiyyətli dərəcədə artıracağam”, – deyə o əlavə edib.
Bizim.Media