Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, eyni zamanda Türkiyənin Azərbaycandakı Hərbi Əməkdaşlıq Qrupunun komandanı olan Bəxtiyar Ərsaya "ordu generalı" hərbi rütbəsini verib.
Bizim.Media xəbər verir ki, bu barədə müvafiq sərəncamı Türkiyə Prezidenti imzalayıb.
Qeyd edək ki, "ordu generalı" Türkiyə Silahlı Qüvvələrində ən yüksək rütbələrdən biridir və bu rütbə yalnız çox yüksək səviyyəli, strateji önəm daşıyan hərbçilərə təqdim olunur.
Bu addım, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da gücləndiyini göstərən simvolik və strateji bir jest kimi qiymətləndirilir.
Bizim.Media