Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanda BMT konfransı çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İ.Kobaxidze feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyətinə dair müzakirələr aparıb:
“Görüş zamanı bildirdim ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların bitməsinə dair birgə bəyanat bu istiqamətdə irəliyə doğru atılmış vacib addımdır.
Gürcüstan hökumətinin dialoqu təşviq etməyə, bununla da regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə hazır olduğunu bir daha diqqətə çatdırdım”.
Bizim.Media