Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) xüsusi təyinatlı dəstələri Sumi istiqamətində Rusiya ordusunun arxa cəbhəsində uğurlu əməliyyat keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə HUR məlumat yayıb.
Əməliyyat nəticəsində azı 334 Rusiya hərbçisi məhv edilib, 550-dən çoxu isə yaralanıb.
Kəşfiyyat idarəsinin açıqlamasında bildirilir ki, bu əməliyyatla Rusiyanın növbəti hücum planı pozulub, bir sıra mövqelər təmizlənib.
Ukrayna qüvvələri əldə olunan mövqelərdə möhkəmlənməyə nail olublar.
Bizim.Media