Ordu hazır vəziyyətə gətirildi – Türk ölkəsi Rusiyadan gözlənilən hücumla bağlı hərəkətə keçdi

Qazaxıstanla Rusiya arasında gərginlik artır. Moskva uzun illər susqun qaldığı ərazi iddialarını yenidən gündəmə gətirir. Şimali Qazaxıstanla bağlı səsləndirilən “tarixi Rusiya torpaqları” ritorikası, Putinin Tokayevə yönəlik “xilas etdik” açıqlaması və Rusiya mediasında yayılan mesajlar Kremldən Astanaya açıq siqnal kimi qiymətləndirilir. Siyasi müşahidəçilər prosesin Ukrayna ssenarisini xatırlatdığını və bölgədə yeni bir münaqişənin alovlana biləcəyini istisna etmir.

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, son vaxtlar Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərdə gərginlik həndəsi silsilə ilə artır.

Onun fikrincə, bu, əsasən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəsinin milli maraqlarını maksimum qoruyaraq müstəqil siyasət yürütmək səyləri ilə bağlıdır:

“Hazırda Qazaxıstan Rusiyadan daha çox Çinlə, xüsusilə iqtisadi sahədə sıx əlaqələr qurur və bu istiqamətdə addımlar atılır. Lakin Moskvanın bu inkişaflara qısqanclıq və bəzən təhdidkar reaksiyası gözə çarpır. Qazaxıstan və Rusiya mətbuatında tez-tez belə fikirlər səslənir ki, vaxtilə Putin Şərqi Ukraynanın Rusiyaya, Qazaxıstanın şimal hissəsinin isə oxşar aqibətə məhkum olduğunu bildirmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi, şərq ərazilərini zəbt etməsi və Krımın ilhaqı bu iddiaları daha da qüvvətləndirir.

Bundan əlavə, 1922-ci ildə SSRİ yaradılan zaman Rusiyanın Qazaxıstana beş ərazi verməsi və bunun nəticəsində Qazaxıstan SSR-inin formalaşması barədə geniş yayılan fikirlər də tarixi yanlışlıqlarla doludur. Rusiya siyasi rəhbərliyinin Qazaxıstanın qədim dövlətçilik tarixinin olmadığını, dövlətçiliyin yalnız Qızıl Orda dövründən başladığını deməsi də bu yanaşmanı gücləndirir”.

Deputat deyib ki, səsləndirilən fikirlər fonunda rəsmi Moskvanın Qazaxıstanla bağlı siyasətində ciddi siyasi və hərbi təbəbatların ola biləcəyi düşünülür:

 “2022-ci ildə Qazaxıstanda yaranan gərgin vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin Tokayevin xahişi ilə ölkəyə daxil olması da bu kontekstdə dəyərləndirilir. Lakin Rusiya bu hadisəni öz maraqlarına uyğun təqdim edir, guya Qazaxıstan hakimiyyətini “xilas edib”.

Tokayevin isə fikri başqadır, o bunu rədd edir və yardımın KTMT çərçivəsində, ümumi dəstək kimi qiymətləndirilməsini istəyir. Tokayev açıq şəkildə Rusiyanın ilhaq etdiyi əraziləri Rusiya torpağı saymadığını bildirərək, müstəqil və milli maraqları qoruyan siyasət yürütür. Bu da Moskva tərəfindən qəbul edilmir və belə yanaşmalar həzm olunmur. Buna görə də Qazaxıstanla Rusiya arasındakı təzyiqlərin artması və bu təzyiqlərin hərbi təbəqəyə keçməsi ehtimalı mövcuddur.

Bu reallıqların fonunda Qazaxıstan ordusunun gücləndirilməsi üçün ciddi tədbirlər görülür və döyüşə hazırlıq səviyyəsi yüksəldilir. Qazaxıstan həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür və Türkiyə, eləcə də digər üzv dövlətlərlə strateji əhəmiyyətli əlaqələrə malikdir”.

Elman Nəsirov Rusiyanın problemlər yaşadığını qeyd edib:

“Rusiya artıq Ukrayna müharibəsində ciddi problemlər və böyük itkilərlə üzləşib. O, həm iqtisadi, həm də insan resursları baxımından zəifləyib. Belə vəziyyətdə Moskvanın yeni cəbhə açması ehtimalı zəifdir. Amma yenə də Rusiyanın Qazaxıstanın müstəqil siyasətini zəiflətmək üçün siyasi, diplomatik və lazım gəldikdə hərbi təzyiq mexanizmlərini işə salması gözləniləndir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nərgiz İsmayılova vəzifəsindən GETDİ

Nərgiz İsmayılova vəzifəsindən GETDİ

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Kamran Nəbizadə yeni vəzifəyə TƏYİN EDİLDİ

Kamran Nəbizadə yeni vəzifəyə TƏYİN EDİLDİ

Ukraya səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Ukraya səfiri Azərbaycana təşəkkür etdi – FOTO

Bakıda AİLƏ DRAMI: Qadın ərini öldürdü

Bakıda AİLƏ DRAMI: Qadın ərini öldürdü

Trampdan dünyanı qorxuya salan ADDIM – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Trampdan dünyanı qorxuya salan ADDIM – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Kadırovun 17 yaşlı oğlu daha bir vəzifəyə TƏYİN EDİLDİ

Kadırovun 17 yaşlı oğlu daha bir vəzifəyə TƏYİN EDİLDİ

Kamran Əliyev onu şöbə rəisi təyin etdi

Kamran Əliyev onu şöbə rəisi təyin etdi

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

"İçərişəhər"də yeni təyinat

"İçərişəhər"də yeni təyinat

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Avqustun 5-nin ən şanslı 3 BÜRCÜ

Avqustun 5-nin ən şanslı 3 BÜRCÜ

Gərginlik ARTIR - Almaniya qırıcılarını Belarusla sərhədə GÖNDƏRDİ

Gərginlik ARTIR - Almaniya qırıcılarını Belarusla sərhədə GÖNDƏRDİ

ABŞ və Fransa rəsmiləri Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİLƏR

ABŞ və Fransa rəsmiləri Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİLƏR

Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

Rasim Əliyev vəfat etdi

Rasim Əliyev vəfat etdi

"Evində it qədər hörməti olmayan biri..."

"Evində it qədər hörməti olmayan biri..."

Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi – VİDEO

Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi – VİDEO

End of content

No more pages to load

RADİO