Nikita Mixalkov Azərbaycandan danışmağa başlayıb. Bu süjetdə onun çıxışları ilə Rusiya təbliğatının necə üst-üstə düşdüyünü təhlil edəcəyik. Niyə Mixalkov Bakıda İlham Əliyevlə görüşüb, sonra isə Vladimir Putinə zəng edib?
Bizim.Media xəbər verir ki, bu barədə caliber.az saytının Youtube kanalında deyilib.
Mənbə qeyd edir ki, bu süjetdə Nikita Mixalkovun "Besoqon" proqramında səsləndirdiyi fikirlər təhlil edilib.
Mixalkovun sözlərinin arxasında nə dayanır? O, niyə Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə Rusiyanın Ukraynaya qarşı təcavüzü arasında təhlükəli və əsassız paralellər aparmağa cürət edir? Bu ritorika onun təkcə şəxsi baxışı deyil, eyni zamanda Kreml təbliğatının da əsas xəttinə çevrilib.
Proqram boyunca Mixalkov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini “çoxmillətli Rusiya imperiyasının parçalanması” kimi təqdim edir. Onun arqumentləri sanki qəsdən Ukraynada törədilən təcavüzü haqlı göstərmək üçün uydurulmuş təbliğat “maşınına” söykənir.
Məsələn, Qarabağda etnik ermənilərin köçü ilə Ukraynadakı mülki əhalinin deportasiyasını eyniləşdirmək cəhdi beynəlxalq hüququ və tarixi faktları kobud şəkildə təhrif edir.
Daha ətraflı süjetdə:
Bizim.Media