Avropa İttifaqının Ukrayna üçün 6,6 milyard avro vəsaiti bloklanıb -Ermənipərəst Borrell

Avropa İttifaqının Ukraynaya hərbi dəstəyi faktiki olaraq dondurulmuş vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Jozep Borrell EUObserver saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi Macarıstanın tutduğu mövqedir.
 

Belə ki, Macarıstanın etirazı nəticəsində Avropa Sülh Fondu çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş təxminən 6,6 milyard avro vəsaitin istifadəsi bloklanıb.


Borrell qeyd edib ki, bu vəziyyət Ukrayna üçün ciddi çətinliklər yaradır və Avropa İttifaqının həmrəyliyi ilə bağlı suallar doğurur.

“Avropa Sülh Fondu Ukraynaya hərbi dəstək göstərmək üçün əsas mexanizmlərdən biridir.
 

Lakin Macarıstan bu fondun vəsaitlərinin Ukrayna üçün istifadəsini davamlı şəkildə əngəlləyir.Nəticədə, bu dəstək faktiki olaraq dondurulub”, deyə o, əlavə edib.


Keçmiş diplomatın sözlərinə görə, yaranmış vəziyyət yalnız Ukraynanın müdafiə qabiliyyətini zəiflətmir, eyni zamanda Avropa İttifaqı daxilində siyasi birliyin də zəiflədiyini göstərir.

 

Xatırladaq ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb və məqsədi Aİ-nin təhlükəsizlik və müdafiə siyasətinə töhfə verməkdir. Ukrayna müharibəsinin başlamasından sonra bu fond vasitəsilə Ukraynaya milyardlarla avro məbləğində hərbi yardım ayrılıb.


Lakin son aylar Macarıstan rəhbərliyi müxtəlif bəhanələrlə bu yardım paketlərinə veto qoyaraq prosesin qarşısını alır.
 

Qeyd edək ki, keçmiş ali nümayəndə dəfələrlə ermənipərəst bəyanatları ilə tanınıb və bu, onun diplomatik fəaliyyəti dövründə Azərbaycanla bağlı obyektivlik prinsipinə zidd addımlarında da öz əksini tapıb.


Borrell, 2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi dövründə və sonrasında Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edən mövqe sərgiləyib, Azərbaycanın suveren ərazilərində apardığı antiterror əməliyyatlarını "beynəlxalq hüquqa zidd" adlandırmaqdan belə çəkinməyib.

Hətta Azərbaycan əleyhinə qəbul olunan bəzi qərarlarda onun təsiri və təşəbbüskarlığı açıq şəkildə hiss olunub.
 

Borrellin Azərbaycanı daim ittiham etməsi, Ermənistanın işğalçılıq siyasətinə isə göz yumması onun ikili standartlarla yanaşdığını, həmçinin Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına siyasi maneə olduğunu göstərir.


Bu da onun rəhbərliyində olan Avropa İttifaqının vasitəçilik səylərinin etibarlığını ciddi şəkildə şübhə altına alır.

Nəticə olaraq, indi verdiyi açıqlamalarda Ukraynaya dəstəyin əngəllənməsindən gileylənən Jozep Borrellin özü, vaxtilə Azərbaycanın haqlı mövqeyinə qarşı apardığı qərəzli və ədalətsiz siyasətlə tanınır və bu, onu Cənubi Qafqazda sülhə töhfə verən şəxs yox, geosiyasi oyunların alətinə çevrilmiş bir fiqur kimi yadda saxlayır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

16 yaşlı itkin qızın ailəsindən tükürpərdici AÇIQLAMA: "Dedi ki, daha sənin kimi anam yoxdur" - VİDEO

16 yaşlı itkin qızın ailəsindən tükürpərdici AÇIQLAMA: "Dedi ki, daha sənin kimi anam yoxdur" - VİDEO

Tokayev də Türkmənistandadır

Tokayev də Türkmənistandadır

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan Trampın vasitəçiliyi ilə sülh memorandumu imzalayacaq

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan Trampın vasitəçiliyi ilə sülh memorandumu imzalayacaq

Bakıda itkin düşən 20 yaşlı qadın tapıldı

Bakıda itkin düşən 20 yaşlı qadın tapıldı

Erməni əsirliyində və girovluğunda saxlanılan şəxslər məhkəmədə ifadə verdilər

Erməni əsirliyində və girovluğunda saxlanılan şəxslər məhkəmədə ifadə verdilər

Qurban Qurbanov: “Şimali Makedoniyadan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq”

Qurban Qurbanov: “Şimali Makedoniyadan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq”

Səs yazısı yayılan məktəb direktoru işdən ÇIXARILDI

Səs yazısı yayılan məktəb direktoru işdən ÇIXARILDI

Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq? - Amerikalı senatordan SENSASİON AÇIQLAMA

Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq? - Amerikalı senatordan SENSASİON AÇIQLAMA

Əli Əsədov Türkmənistana getdi - FOTO

Əli Əsədov Türkmənistana getdi - FOTO

Şagirdlərin yerdəyişməsinə bu tarixdən başlanılacaq

Şagirdlərin yerdəyişməsinə bu tarixdən başlanılacaq

Rusiya təbliğatının dəyişməyən mahiyyəti - VİDEO

Rusiya təbliğatının dəyişməyən mahiyyəti - VİDEO

Karateçilərimiz Türkiyədə medal qazandılar - FOTO

Karateçilərimiz Türkiyədə medal qazandılar - FOTO

Bakıda HOTELDƏ DƏHŞƏT: sevişdiyi qadını 6-cı mərtəbədən atdı - CİNAYƏT İŞİ

Bakıda HOTELDƏ DƏHŞƏT: sevişdiyi qadını 6-cı mərtəbədən atdı - CİNAYƏT İŞİ

Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı

Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı

SON DƏQİQƏ: HƏMAS-dan mühüm açıqlama gəldi: “RAZIYIQ!”

SON DƏQİQƏ: HƏMAS-dan mühüm açıqlama gəldi: “RAZIYIQ!”

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı - VİDEO

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı - VİDEO

Qubadakı yanğını onlar törədib - ADLAR

Qubadakı yanğını onlar törədib - ADLAR

Tramp yenə Hindistanı hədələdi

Tramp yenə Hindistanı hədələdi

Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi

Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü - FOTO

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü - FOTO

Ölümündən bir ay sonra övladı doğuldu

Ölümündən bir ay sonra övladı doğuldu

ŞOK: Qum adası sahilə birləşərək yarımada oldu - Faunanı hansı təhlükə gözləyir?

ŞOK: Qum adası sahilə birləşərək yarımada oldu - Faunanı hansı təhlükə gözləyir?

Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Bakıda avtomobil AŞDI: Tıxac YARANDI - VİDEO

Bakıda avtomobil AŞDI: Tıxac YARANDI - VİDEO

End of content

No more pages to load

RADİO