Bu gün mətbuatda və sosial şəbəkələrdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
“Belə səfərlər zamanı, təbii ki, rəsmi açıqlama verilir və məlumat yalnız rəsmi açıqlama olduqda təsdiqlənmiş sayılır. Hazırda, bildiyiniz kimi, biz heç bir rəsmi açıqlama yaymamışıq.
Buna görə də Paşinyanın səfəri ilə bağlı yayılan məlumatların yalnız rəsmi bəyanatdan sonra təsdiqlənmiş hesab olunmasını xahiş edirik”, – deyə Paşinyanın Aparatından bildirilib.
Bizim.Media