Soçidə neft bazası partladıldı - VİDEO

Bu gün səhər saatlarında Rusiyanın kurort şəhəri Soçidə yerləşən “Rosneft-KubanNeftProdukt” şirkətinə məxsus neft bazasında yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli hakimiyyət orqanları yayıb.

Hadisəyə səbəb Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu olub.

Bu barədə Krım vilayətinin qubernatoru Veniamin Kondratyev Teleqram kanalında açıqlama verib. Bildirilib ki, hücum nəticəsində 2000 kubmetrlik yanacaq çəni alışaraq yanmağa başlayıb.

Rusiyanın Hava Nəqliyyatı Agentliyi – Rosaviatsiya Soçi hava limanında bütün uçuşların dayandırıldığını açıqlayıb.

Krasnodar diyarında yerləşən və Ukrayna PUA-larının tez-tez hədəf aldığı İlsk neft emalı zavodu da bu hücum dalğasından sonra diqqət mərkəzinə düşüb. İlkin ehtimallara görə, Soçidəki yanğınla yanaşı digər neft obyektləri də təhlükə altındadır.

Bu gün həmçinin Rusiyanın cənubundakı Voronej vilayətinin qubernatoru bildirib ki, PUA hücumları nəticəsində bir neçə yanğın baş verib və bir qadın xəsarət alıb. Onun sözlərinə görə, gecə saatlarında həyata keçirilən hücum nəticəsində dron qalıqları bir neçə evin və yardımçı tikililərin üzərinə düşüb.

Voronej vilayətinin rəhbəri Aleksandr Qusev Teleqramda bildirib ki, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində təxminən 15 PUA-nı məhv edib.

Avqustun 2-nə keçən gecə Ukrayna tərəfi Rusiya ərazisinə genişmiqyaslı dron hücumları təşkil edib. Bu hücumların əsas hədəfləri arasında Ryazan və Samara vilayətlərindəki neft emalı zavodları olub.

Ryazanda yerləşən zavodda baş verən partlayışın görüntüləri sosial şəbəkələrdə yayılıb. Samara vilayətində isə hücumdan sonra Novokuybışevsk Neft Emalı Zavodunda güclü yanğın qeydə alınıb – monitorinq kanallarında yayılan videolarda alov və qatı tüstü aydın görünür.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək istəyir

“Beşiktaş” “Zenit”in futbolçusunu transfer etmək istəyir

Bu qidalar iştahsızlıq yaradır

Bu qidalar iştahsızlıq yaradır

Renka blogerləri ələ saldı

Renka blogerləri ələ saldı

Göygöldə iki VAZ toqquşdu, 3 nəfər xəstəxanalıq oldu - FOTO / VİDEO

Göygöldə iki VAZ toqquşdu, 3 nəfər xəstəxanalıq oldu - FOTO / VİDEO

Şabranda iki hektar ərazi yandı - ANBAAN VİDEO

Şabranda iki hektar ərazi yandı - ANBAAN VİDEO

Gədəbəydəki ağır qəzanın bəzi təfərrüatı AÇIQLANDI

Gədəbəydəki ağır qəzanın bəzi təfərrüatı AÇIQLANDI

Xaçmaz rayonunda elektrik enerjisi hələ tam bərpa edilməyib - FOTO

Xaçmaz rayonunda elektrik enerjisi hələ tam bərpa edilməyib - FOTO

Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi

Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi

Bu ağacları həyətə əkməyin: Bədbəxtlik gətirir

Bu ağacları həyətə əkməyin: Bədbəxtlik gətirir

İranda rialın denominasiyası həyata keçiriləcək

İranda rialın denominasiyası həyata keçiriləcək

Xaçmazda meşədə baş verən YANĞIN söndürüldü

Xaçmazda meşədə baş verən YANĞIN söndürüldü

Laçında ayı balası - VİDEO

Laçında ayı balası - VİDEO

Anar: “Sonuncu yaxın dostumu itirdim”

Anar: “Sonuncu yaxın dostumu itirdim”

8 yaşlı qızın bədənində siqaret söndürüblər? - VİDEO

8 yaşlı qızın bədənində siqaret söndürüblər? - VİDEO

Türkiyədə azərbaycanlıların yaşadığı kənd - FOTO

Türkiyədə azərbaycanlıların yaşadığı kənd - FOTO

Bakıda tarixi görüş - Nələr müzakirə edildi?

Bakıda tarixi görüş - Nələr müzakirə edildi?

“Şamaxı” “Sumqayıt”a qalib gəldi

“Şamaxı” “Sumqayıt”a qalib gəldi

Xankəndidə heykəlin sökülməsi Rusiyanı niyə qıcıqlandırdı? - VİDEO

Xankəndidə heykəlin sökülməsi Rusiyanı niyə qıcıqlandırdı? - VİDEO

Rusiyada azərbaycanlı yeniyetmə terror aktında ittiham olunur - VİDEO

Rusiyada azərbaycanlı yeniyetmə terror aktında ittiham olunur - VİDEO

TƏKLİF: İbtidai təhsil beş il olsun

TƏKLİF: İbtidai təhsil beş il olsun

Cəlilabadda minik avtomobili tamamilə yandı

Cəlilabadda minik avtomobili tamamilə yandı

"Qarabağ" İspaniyadan futbolçu aldı

"Qarabağ" İspaniyadan futbolçu aldı

Ağdərə rayonunda meşə yanır

Ağdərə rayonunda meşə yanır

Boşanmaların səbəblərindən biri

Boşanmaların səbəblərindən biri

End of content

No more pages to load

RADİO