Xersonun Korabel mikrorayonunun sakinlərinə Rusiya Silahlı Qüvvələrinin körpüyə endirdiyi zərbədən sonra təxliyə olunmaları tövsiyə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası (VHA) məlumat yayıb.
Qeyd edilib ki, aviazərbə nəticəsində logistika pozulub və qaz kəməri zədələnib. Ərazidə müvəqqəti olaraq ərzaq və qaz tədarükü mümkün deyil.
Bizim.Media