“ABŞ və İsrailin hücumlarına baxmayaraq, İran nüvə proqramını, o cümlədən uranın zənginləşdirilməsini bərpa etmək gücündədir”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Fox News-a bildirib.
O deyib ki, İranın hələ də kifayət qədər texnologiyası, avadanlığı və təcrübəli alimləri var. O, uranın zənginləşdirilməsinin bərpası üçün dəqiq vaxt açıqlamayaraq deyib: “Bu, şəraitdən asılı olacaq”.
Bizim.Media