Qadınların kişilərdən daha uzunömürlü olmasının ən azı 9 səbəbi var. Ən öməlisi, qadınların ehtiyat xromosumunun olmasıdır. Bu, qadınlarrı bir çox xəstəliyə qarşı qoruyur.
Bizim.Media xəbər verir ki, bunu “HabertürkTV”-yə müsahibəsində türkiyəli tanınmış psixoloq, professor Acar Baltaş deyib.
O, qadınların uzunömürlü olmasına səbəb olan digər fakrtorları sadalayıb.
Psixoloq bildirib ki, qadınlar bioloji olaraq daha şanslıdırlar:
“Kişilərin sahib olduğu özəlliklər daha çox güclü əzələyə bağlıdır. Qadınlarsa həyat verir və həyatın davam etməsi üçün açar rolunu oynayırlar. İkincisi, hormonlardır. Testosteron kişilərin bəlasıdır.
Bu, özəlliklə yeniyetməlik dövründə kişiləri riskə atır.
Bu səbəbdən kişilər daha sürətli avtomobil idarə etməyə, dava etməyə və bu kimi riskli durumlarra can atırlar. Həmçinin, əsgərlik, inşaat kimi riskli işlərdə işləmək kişilərin həyatını riskə atır”.
A.Baltaş qeyd edib ki, qadınlar daha çox intihara cəhd etsələr də bu cəhd uğurlu alınmaz:
“Qadınlar daha çox intihara cəhd edirlər, amma kişilər bu cəhdi daha uğurla yerinə yetirirlər. Yəni qadınlar sonu ölümlə bitməyəcək, dünyaya və ətrafa mesaj ötürəcək qədər intihara cəhd edirlər. Yəni cəhdetmə və yerinə yetirrmək sayı fərqlidir.
Kişilər tibbi yardıma da gec müraciət edirlər. Bu da bir faktordur. Bundan savayı, kişilərin alkoqol və siqaretdən istifadəsi qadınlara görə daha çoxdur. Siqaret və alkoqoldan istifadə kişiliyin bir göstəricisi kimi başa düşülür.
Nəticədə siqaret infarktın, ağciyər xərçəngini yaradan başlıca səbəb kimi kişilərin tez ölməsinə gətirib çıxarır”.
Bizim.Media