Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şirkətinə məxsus “Ultra Light” tipli təlim təyyarəsi qəzaya uğrayıb.
Qəza nəticəsində pilot Burak Yürekli və sərnişin Şeyda Doğan ağır yaralanıb.
Araşdırmalar zamanı məlum olub ki, Şeyda Doğan həmin təyyarəyə sevgilisinin hazırladığı evlilik təklifi sürprizi üçün minib. Təyyarə eniş zolağına yaxınlaşarkən, yerdə gözləyən sevgilisi cihazlar vasitəsilə ona evlilik təklifi edib.
Qızın “bəli” cavabından sonra təyyarənin qəza keçirdiyi mobil telefon kamerasına əks olunub.
Hadisə yerinə dərhal xilasedicilər və tibb işçiləri cəlb olunub. Yaralılar Adana şəhər xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildiriblər.
Bizim.Media